Modern.az

Kimin atası haradan gəlir?!

Kimin atası  haradan gəlir?!

Aktual

11 Aprel 2016, 12:46

Belə belə işlər…

Deyirlər ki, evin sirrini uşaqdan öyrən. «Evin sirrini» deyiblər «çölün sirrini» yox. Əgər uşaq çölün sirrini bilsə, aləm dəyər bir-birinə. Elə sözlər eşidərsən ki, nə dəymişin qalar, nə də kalın.

Və indi  təsəvvür edin ki, biri metroda, ya da avtobusda kiminsə cibinə girib. «İşini» qurtarıb, evə dönüb. Balaca, gözəl-göyçək qızı onu görən kimi atılıb-düşür:

- Mama, mama, papam cibgirlikdən gəlir!

Vay, vay, vay! Ağzında «uşaq» deyirsən. Nə bilirsə onu söyləyəcək. Məsələn, qonşular bir yerə yığışıb söhbət edirlər. Arvadlar Hillari Klintonun ABŞ prezidenti olmasını uyğun görürlər. Ya da elə deyirlər ki, Aygün Kazımova ən azı 131 dəfə Ledi Qaqadan yaxşı oxuyur. Və arvadların belə söhbətləri zamanı onlardan birinin əri 3-4 gün qabaq tanış olduğu lotu-beçəylə görüşüb… Nə isə.

Evə qayıdır və bayaqkı arvadların yanına çatanda onlardan birinin balaca oğlu anasına gözaydınlığı verir:

- Mama, mama, atam oğraşlıqdan gəlir!

Ana gözünü ağardır:

- Kəs, kopayoğlu! Oxşamısan oxşamışlarına!

- Mama, dayımın canıyçün atam bazlıqdan gəlir!

- …

Necədir? Hələ məmurların evlərində nələr olur, pahooo… Həmin o vəzifə sahiblərindən biri işdən qayıdır. İçəri girəndə evin qulluqçusu onu qarşılayır. Paltosunu, ya da elə  papkasını götürür.

Bu vəzifə qurusu salona keçəndə uşaq çapan çalır:

- Urra, papa rüşvət almaqdan gəlir.

Arvad o biri otaqdan gəlir:

- Da?! Maladets! Skolko?

- Şto skolko?

- Nu, sevodnyaşnaya vıruçka?

Söhbət uzanır. Arvad bu il Antalyaya getmək istəmir:

- Tı znayeş, orda nə qədər çuşka var? Bu il abizatelna Qavay adalarına.

- Şefin də arvadı ora gedəcək.

- Pust! Ana svoyskaya. Qretsiyada yeyirdik, içirdik, vsyo bılo otliçna!

Və… qul bazarındakı qəribanın oğlu:

- Ana, atam gəldi. Kartof alıb. Çörək də var. Ay daad… peçenye yoxdu…

Başqa bir uşaq:

- Urra, atam Qarabağdan gəlib. Sağ salamatdır! Ata, xəbərin var, qonşumuzun oğlu…

- Bilirəm, oğlum, bilirəm!

- …

- …

- Atam işdən gəlib.

- Atam…

Sənin atan hardan gəlib, quzu balam?!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı