Modern.az

Bərdədə maşın suya düşdü: 2 nəfər boğuldu

Bərdədə maşın suya düşdü: 2 nəfər boğuldu

مورد توجه

1 Avqust 2016, 13:17

İyulun 30-da saat 17 radələrində Bərdə rayonunun Nazırlı kəndində kənd sakini Yəhya Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobili su kanalına aşırıb.

 

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, sürücü və sərnişinləri Bəxtiyar Yusifli və Dilqəm Məmmədov suda boğularaq ölüb. Meytilər  kanaldan çıxarılıb.

 


Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı