Modern.az

Yaponiyada 6 bal gücündə zəlzələ olub

Yaponiyada 6 bal gücündə zəlzələ olub

مورد توجه

20 Avqust 2016, 21:08

Yaponiya sahillərində 6 bal gücündə zəlzələ baş verib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Miyako şəhərindən 170 kilometr şərqdə, İvate prefekturasında qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Meteoroloqların sözlərinə görə, 6 ballıq zəlzələ güclü hesab edilir və dağıntılarla, tələfatlarla nəticələnir.

Məlumata görə, həmin ərazidə 7 saat əvvəl daha bir yeraltı təkan qeydə alınıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı