Modern.az

NATO-nun baş katibi Gürcüstana gəlir

NATO-nun baş katibi Gürcüstana gəlir

مورد توجه

6 Sentyabr 2016, 23:24

Sentyabrın 7-də NATO-nun baş katibinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edəcək. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq səfər çərçivəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşəcək. Sonra tərəflər sentyabrın 7-8-də keçiriləcək NATO-Gürcüstan sessiyasının açılışına qatılacaqlar.

 

 

NATO-nun baş katibinin səfər çərçivəsində Gürcüstan prezidenti Georgi Marqvelaşvili, parlamentin sədri David Usupaşvili və parlament üzvləri, müdafiə naziri Levan İzoria, xarici işlər naziri Mixail Canelidze, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları və media ilə görüşü gözlənilir.

 

Səfər çərçivəsində NATO-nun baş katibi sentyabrın 8-də Milli Kitabxanada tələbələr qarşısında çıxış edəcək.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı