Masallıda yanğın faktı qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu gün Masallı rayonunun Qasımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 m2 olan ikimərtəbəli, 8 otaqlı evdə yanğın baş verib.
Yanğın nəticəsində evin 24 m2 sahəsi əşyaları ilə birlikdə yanaraq kül olub.
Dərhal FHN-nin əməkdaşları hadisə yerinə cəlb edilib. Yanğınsöndürənlərin əməyi nəticəsində yaxınlıqda yerləşən digər tikililər və evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:52-də söndürülüb.
Mirmahmud KAZIMOĞLU