ABŞ Dövlət Departamentinin Rusiyanın Suriyadakı hərəkətlərini hərbi cinayət kimi qiymətləndirməsi iki ölkə arasındakı münasibətləri yenidən gərginləşdirib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Rusiya XİN rəsmisi Mariya Zaxarova ABŞ dövlət katibi Con Kerri ilə bütün təmasların dayandırılacağı ilə hədələyib.
Mariya Zaxarova özünün “Facebook” səhifəsində yazıb: “Dövlət Departamentində anlamalıdırlar ki, hər şüy rusiyalıların bircə suala cavab veriləcək referendum təşkil etməsi ilə nəticələnə bilər. Bəlkə XİN-dəki telefonları bağlayaq?”
Modern.az