Modern.az

SOCAR yeni şirkət yaratdı

SOCAR yeni şirkət yaratdı

مورد توجه

7 İyun 2017, 09:48

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) törəmə şirkətlərindən birini - “SOCAR-KPŞ” MMC-ni ləğv edib.

Bu barədə Modern.az-a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 18 ünvanına bildirə bilərlər.

Bundan başqa, SOCAR həmçinin yeni şirkət yaradıb. Belə ki, Vergilər Nazirliyi “SOCAR İT” MMC-ni dövlət qeydiyyatına alıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 113, nizamnamə kapitalı 50 min manat, qanuni təmsilçisi Vüsal Mehman oğlu Əhmədovdur.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı