Modern.az

Gənclər təhsildəki problemlər, təhsil mədəniyyəti ilə bağlı maarifləndirilib 

Gənclər təhsildəki problemlər, təhsil mədəniyyəti ilə bağlı maarifləndirilib 

مورد توجه

5 İyun 2017, 12:46

“Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ Məktəblinin psixoloji durumunun yüksəldilməsi, keyfiyyətli təhsilin əvəzsiz elementdir ”, layihəsi ilə əlaqədar bir sıra tədbirlərlərini 05.06.2017-15.06.2017 tarixlərində Saatlı rayonunda həyata keçirib.

 

Tədbirin məqsədi ictimaiyyətinin diqqətini təhsil məsələlərinə yönəltmək, Azərbaycan gənclərinin təhsil problemlərindən xəbərdar olduğunu, təhsilə biganə qalmadıqlarını göstərmək, təhsil mədəniyyətin fərqli formada aşılanmasını təmin etməkdir.

 

Nəticədə 250-yə yaxın məktəbli və tələbələrin respublikanın təhsilin hazırkı vəziyyəti, keyfiyyətli təhsilin qorunması istiqamətində atılan addımlarla yaxından tanış olub.

 

Tədbirdə yerli dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, media qurumlarının nümayəndələri və ekspertlər iştirak edib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı