Modern.az

“Qarabağ” bu gecə Avropada bir debüt edəcək  

“Qarabağ” bu gecə Avropada bir debüt edəcək   

Güncel

12 Sentyabr 2017, 08:57

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

Modern.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinə yüksələn “Qarabağ” da debüt oyununa çıxacaq.

Komandamız səfərdə Avropanın aparıcı klublarından olan London “Çelsi”sinin qonağı olacaq.

Matç saat 22:45-də başlayacaq.


12 sentyabr

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

22:45. “Çelsi” (İngiltərə) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Anastasios Sidiropoulos
Yan xətt hakimləri: Polixronis Kostaras, Lazaros Dimitriadis
Əlavə yardımçı hakimlər: Xaralambos Kalogeropoulos, Alexandros Aretopoulos
Dördüncü hakim: Damianos Efthimiadis (Hamısı Yunanıstan)
London. “Stemford Bric”

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı