Modern.az

Sabirabadda avtomobil qaçıran şəxs tutuldu

Sabirabadda avtomobil qaçıran şəxs tutuldu

Aktual

30 İyul 2018, 14:54

Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən Saatlı rayon sakini R.Qubadov iyulun 22-də şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-dən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş Zabit Məhərrəmov olduğu, qeyd edilən avtomobili hissələrə bölərək satdığı, kuzov hissəsini isə yandırdığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı