İtaliyanın keçmiş baş naziri Silviyo Berluskoniyə məxsus Palazzo Grazioli iqamətgahında intihar hadisəsi baş verib.
Modern.az İtaliya KİV-inə istinadən xəbər verir ki, Enrico De Mattia adlı italyan əsgər iqamətgahın tualetində xidməti silahı ilə özünü öldürüb.
Hərbçinin “Təhlükəsiz küçələr əməliyyatı”nda iştirakından sonra özünü öldürdüyü bildirilir.
25 yaşındakı əsgərin özünü öldürməsi İtaliya Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib.
KİV-in məlumatına görə Mattia General Polo Raudinonun komandanlığı altına özünə qəsd edən üçüncü əsgərdir.
Hərbçilərin iş şəraiti və rəhbərlikdən gördükləri psixolojik təzyiqlər səbəbi ilə şikayət etdikləri bildirilir.
Əvəz ZEYNALOV