Modern.az

Kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanıldı

Kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanıldı

Aktual

31 İyul 2018, 14:59

Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı sakini Ş.Nadirovanın kənd ərazisində icarəyə götürdüyü kafedə əxlaqsız yuva təşkil etdiyi barədə məlumat daxil olub.

DİN mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən Modern.az-a məlumata görə, iyulun 30-da gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı