Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Azərbaycana rəsmi səfər edəcək.
Modern.az xəbər verir ki, bu haqda Türkiyə KİV-ləri məlumat yayıblar.
Səfər barədə daha detallı məlumat verilmir.
Qeyd edək ki, Ərdoğan iyulun əvvəllərində Azərbaycana səfər etmişdi. Bu, Ərdoğanın 24 iyun prezident seçkilərindən sonra ilk xarici səfəri idi.