Modern.az

Rusiyada qar uçqunu - 7 nəfər öldü

Rusiyada qar uçqunu - 7 nəfər öldü

Aktual

8 May 2019, 09:14

Rusiya Federasiyasının Altay Respublikasında Cənubi-Çuysk dağ silsiləsində mayın 6-sı qar uçqunu baş verib.

Bu haqda Modern.az "TASS"a istinadən bildirir.

Məlumata görə, qar uçqunu nəticəsində 7 turist həlak olub, 2 turist isə sağ qala bilib.

Sağ qalan turistlər yalnız bu gün Koş-Ağac kəndinə çata biliblər.

Bildirilir ki, hadisə haqqında turistlər əlaqənin olmaması səbəbindən daha əvvəl xəbər verə bilməyiblər. Hadisə yerinə helikopter cəlb edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı