Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni raket buraxılışını həyata keçirib.
Bu barədə Yonhap agentliyi məlumat yayıb. Raketin növü və buraxılış detalları barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, KXDR-in ötən həftə də Yapon dənizi istiqamətində bir neçə yaxınmənzilli raket atdığı barədə məlumat yayılmışdı.