Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust 2019- cu il tarixlərində əlavə qatar təyin ediləcək.
Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib.
N.Bayramovanın sözlərinə görə, Bakıdan 10 avqust tarixində 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir:
“Qatar Bakıdan saat 0740-da yola düşəcək və Gəncəyə saat 1155-də çatacaq. Bakıdan və Gəncədən 13 avqustda 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat 0740-da yola düşəcək və Gəncəyə saat 1155-də çatacaq, geriyə Gəncədən saat 1830-da yola düşəcək və Bakıya saat 2245-də çatacaq”.