Sıxılmış qazın daşınması məqsədilə Bakıya gətirlmiş nəhəg sistern bu gün səhər saatlarında Babək prospektində (“Maşın bazarı”nın qarşısında) tıxaca səbəb olub.
Modern.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, həmin sisternin daşınması ilə bağlı əmələ gələn çətinlik nəqliyyat vasitələrinin hərəkətinə mane yaradıb.
Hazırda Babək prospekti şəhər istiqamətibdə sıxlıq müşahidə edilir. Bu səbəbdən həmin ərazidən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr var.