Modern.az

Azərbaycan-Ukrayna sənədləri imzalanıb - YENİLƏNİB

Azərbaycan-Ukrayna sənədləri imzalanıb - YENİLƏNİB

مورد توجه

17 Dekabr 2019, 14:47

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.  

Gəncə şəhəri və Odessa şəhəri arasında Niyyət Protokolunu, Quba şəhəri ilə Truskavets şəhəri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Müqaviləni Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski imzaladılar.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ukraynanın Dövlət Tənzimləmə Xidməti arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında Sazişi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə Ukraynanın Dövlət Xüsusi Rabitə və Məlumatın Mühafizəsi Xidməti Administrasiyası arasında Bakı-Kiyev dövlətlərarası hökumət rabitə xəttinin təşkil edilməsi haqqında Sazişi Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov və Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko imzaladılar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı