Modern.az

Bakıdan Dubaya uçan təyyarə yarı yoldan geri qayıtdı

Bakıdan Dubaya uçan təyyarə yarı yoldan geri qayıtdı

Aktual

2 Mart 2020, 11:12

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün saat 10:12-də Bakıdan Dubaya yola düşən J2-011 nömrəli reysində hava gəmisinin kapitanı geri qayıtmaq qərarı verib və Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün icazə istəyib.

 

AZAL-dan Modern.az-a verilən məlumata görə, planlaşdırılmamış eniş texniki səbəblər üzündən baş verib.

 

Təyyarə saat 10:44-də Bakının aeroportunda uğurlu eniş edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı