Modern.az

Oqtay Şirəliyevin qızı yeni vəzifəyə təyin olundu - FOTO

Oqtay Şirəliyevin qızı yeni vəzifəyə təyin olundu - FOTO

Aktual

4 Mart 2020, 17:38

Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva vilayətinin Mədəniyyət naziri vəzifəsindən azad olunub. 

 

Modern.az Unikal.org-a istinadən məlumat verir ki, Nərmin Şirəliyeva yenidən Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postuna təyin edilib. 

 

Moskva vilayətinin Mədəniyyət naziri vəzifəsinə isə Xarlamova Elena Mixayılovna təyinat alıb.

 

Qeyd edək ki, o, 2013-cü ilin fevralından Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu tutub. 2018-ci ilin sentyabrında Moskva vilayətinin Mədəniyyət naziri təyin edilib.

 

B

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı