Modern.az

Tələbə şəxsiyyət kimi...

Tələbə şəxsiyyət kimi...

مورد توجه

26 İyun 2012, 18:47

Yazı “Deputat-tələbə əməkdaşlığı” layihəsinin “Əsl tələbə necə olmalıdır?" mövzusunda yazılıb

Bir gün Övliyanın yanına tələbə gəlir. Övliya ona bir qaşıq zeytun yağı verir və ona bağçasını gəzib gəlməyi tapşırır. Yalniz bir şərt qoyur ki, qaşıqdakı zeytun yağı yerə tökülməsin. Tələbə bağı gəzib gəlir. Övliya ondan bağın gözəllikləri haqqında soruşduqda tələbə cavab verə bilmir. Çünki fikri qaşıqdakı yağda olduğundan heç birini görmədiyini deyir. Övliya onu ikinci dəfə göndərir. Bu dəfə tələbəyə ətrafına diqqət etməsini və qayıdanda gördüklərini ona danışmasını söyləyir. Tələbə qayıdanda artıq bütün gördüyü gözəlliklərdan danışır.

Doğrudan da, gözü bağli hansısa yolu getmək lazım deyil. Həmişə tələbə nə istədiyini, nə üçün oxuduğunu bilməli və inkişaf etməyə, yenilikləri öyrənməyə cəhd etməlidir. Düzgün hədəf seçən tələbə əlbəttə ki, inkişaf edəcək və hədəflərinin də fərdi inkişafında rolu böyük olacaq.

Əfsuslar olsun ki, bugünki tələbələrin əksəriyyəti sadəcə diplom xatirinə təhsil alırlar. Bir çoxları elə düşünür ki, əldə diplom tutmaqla bütün qapılar onların üzünə açılacaq. Bəzi valideynlər elə düşünürlər ki, gözəl gələcək diplomla başlayır və bunun üçün diplom əldə etməyin müxtəlif “yollar”ını tapır. Amma bilmək vacibdir ki, diplomun olmağı hələ gələcəyin olmaği demək deyil. Əgər tələbə öz biliyi səmərəsinə oxuyub, diplom alırsa, bu, onun gələcək fəaliyyətində özünə də, işlədiyi müəssisəyə də xeyir gətirə bilər. Həm də insan öz biliyi sayəsində müəyyən sənətə yiyələnərsə onda özünə inam hissi güclü olur, uğurları daha da çoxalır. Psixoloji cəhətdən də ailədən çox şey asılıdır. Yəni valideyn var övladina dəstək olur, müəyyən haqlar verir, imkan yaradır ki, övladı öz fərdi inkişafı üçün təhsil alsın. Və bununla da övlad uğur qazanır. Bəzi valideynlər isə övladına o imkanları vermir. Ailənin uşağına dəstək olması üçün gərək övladını kəşf edə....

Nümunəvi tələbə necə olmalıdır?

İlk öncə tələbə öz inkişafını milli, mənəvi dəyərlər üzərində qurmalıdır. Ciddiyyət, tələbkarlıq, vətənpərvərlik və s. bu kimi keyfiyyətləri olmalıdır. Ən başlıcası isə tələbənin mənəvi düşüncəsidir. İndiki tələbələrdə bu dediklərimizin əksəriyyəti var. Bele bir söz vardir: ”Hər bir insanda kodlaşdırılmış şifrə var.

Zaman-zaman onun kodları açılır. Məsələn, abır həya, ismət, namus, qeyrət və s. ” Sadəcə həmin kodların açılması anı var. Yəni,bizim tələbələrdə də bu sadaladıqlarımız var,vaxtı yetişəndə həmin sadaladıqlarımız kodlar kimi açılır.

Hər şeydən əvvəl əsl, nümunəvi tələbə adını qazanmaq üçün öz biliyinə arxalanmaq, bütün var gücünlə səy göstərmək lazımdır. Rüşvət verib təhsili bitirən tələbənin hansı savadından danışmaq olar?!!! Günümüzün ən aktual problemlərindən biri də bəzi tələbələrin rüşvətə asanlıqla göz yummasıdır. Ancaq onlar hələ də bunun fərqinə varmırlar ki, onlar parlaq gələcək əvəzinə qaranlıq,savadsiz gələcəyə doğru addımlayırlar. Artıq bu kimi hallara əvvələ nisbətdə daha az rast gəlinir. Ali məktəblərdə boloniya sisteminin yaradılması tələbələrin məsuliyyətini daha da artırır və ölkəmizə savadlı gənclər yetişdirməyə şərait yaradır.

Tələbə təkcə oxumaqla kifayətlənməməlidir. O, oxuduğu ali məktəbin təşkil etdiyi konfranslarda, iclaslarda, tədbirlərdə, hər hansı institutlararası intellektual yarışmalarda, olimpiadalarda fəal iştirak etməlidir. Bunun üçün hər tələbənin psixoloji xəritəsi olmalıdır. Bu xəritə baxır onu hara aparacaq, getdiyi yolda hansı xüsusiyyətlər ona mane ola bilər? Müvəffəqiyyətinə mənfi təsir edən vərdişlər tələbənin bədbinliyi, ümidsizliyi, bessimist olmasıdır. Tələbənin əldə etdiyi uğur müvəffəqiyyətə də apara bilər, müvəffəqiyyətsizliyə də. Bunun üçün onda limitsiz güc lazımdır. Qurduğu prinsiplər üzərində şüur altında qurduğu layihələr, ideyalar var ki, müvəffəqiyyətə aparacaq deyə düşünür, bu əlaqə ekvivalent adlanır. Yəni, o ekvivalent, tarazlığı saxlamağa gücü olmalıdır. “Mən yoruldum, mən bezdim” deməməlidir tələbə. Həmişə optimist düşünməlidir. Amma əsas onu müvəffəqiyyətə gətirəcək yol onun mənəvi tərəfləridir. Bəzən o əldə etdiyi uğurlara eqoistik olaraq yanaşır.”Mən”....”mən qalib gəldim...”deyir. Belə olan halda isə mənəvi keyfiyyət arxa plana keçir. İnsanda eqoizm meydana çıxır.

Hər bir tələbə savad, elm yolunda biliyini əsirgəməməlidir. Peyğəmbirimizin (s.a.v) kəlamı ilə desək ”Beşikdən qəbrə oxumalı”dır.

Nümunəvi tələbə olmaq yolunda daim səy göstərməli, milli mənəvi, ümumbəşəri dəyərlərimiz, savadımız, rəftar və davranışımız ilə daim başqalarına örnək olmalıyıq! Əsl tələbə öncə əsl vətəndaş olmağı bacarmalıdır, vətəninin, xalqının, millətinin “vətən daşı” olmaq kimi yüksək dəyərlərə malik olmalıdır. Bağlı olduğu tarixi soykökünü, milli dəyərlərini, doğma yurdunun tarixini bilməli və lazımınca təhlil etməyi bacarmalıdır.

Vətənə məhəbbət hissi tələbələrin doğma vətəninə bağlılığında, ölkə ərazisinin bütövlüyünün qorunmasında hər an şəhidliyə hazır olmaq kimi yüksək mənəvi dəyərlərdə öz təzahürünü tapmalıdır. Vətənin inkişafı naminə tələbələrin yüksək elm və təhsilə heç bir maraq güdmədən yiyələnməsi, əməksevər və intizamlı olması vacibdir.

Hər bir tələbə dərk etməlidir ki, öncə bir şəxsiyyət kimi bu həyatda formalaşmaq lazımdır. Əgər şəxsiyyət kimi formalaşmağı bacararsa, o tələbə xalqına, vətəninə, millətinə də dəyərli bir şəxs olacaq, doğma Azərbaycanımızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə layiqli töhfə verməyə çalışacaqdır. Tələbələr dərk etməlidirlər ki, onlar bu Vətənin, Azərbaycanın gələcəyidirlər. Sağlam əqidəyə, düşüncəyə malik olan gənclərimiz öz istedadı, bilik və bacarıqları ilə Azərbaycan dövlətçiliyinə sədaqət hissini hər an nümayiş etdirməlidirlər.

Fərhadlı Maviyə Vidadi qızı
Azərbaycan Müəllimlər İnstitutunun
Təhsildə sosial-psixoloji xidmət fakültəsi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı