Modern.az

Azərbaycan Olimpiadada ilk qızıl medalını qazandı

Azərbaycan Olimpiadada ilk qızıl medalını qazandı

مورد توجه

11 Avqust 2012, 23:05

Nəhayət Azərbaycana London Olimpiadasında qələbə bəxş edən idmançı tapıldı

Bu gün London Olimpiadasında sərbəst güləş üzrə mübarizəyə qoşulan idmançımız Toğrul Əsgərov Azərbaycana qələbə sevinci bəxş etdi.

60 kq çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov yarışa 1/8 final mərhələsindən qoşuldu. Təmsilçimiz bu mərhələdə almaniyalı Tim Şleyçeri məğlub edərək 1/4 finala çıxdı. Güləşçimiz bu mərhələdə yaponiyalı Kenişi Yumotoya da qalib gəldi.

Yarımfinalda T.Əsgərovun rəqibi ABŞ idmançısı Koleman Skott oldu. Toğrul burada da qalib gələrək finala adladı.

Finalda onun rəqibi Besik Kudukov (Rusiya) oldu. Və Toğrul Əsgərov qalib gəldi, qızıl medal qazandı...

Azərbaycana qızıl medal qazandıran Toğrul Əsgərov 1992-ci ilin sentyabrın 17-də Gəncə şəhərində anadan olub.

20 yaşı tamam olmayan idmançımızın ilk ciddi uğuru 2008-ci ilə təsadüf edir. Həmin il o, yeniyetmələr arasında Avropa çempionu olub. Bir il sonra o, eyni uğuru yenə təkrarlayıb.

2010-cu ildə Əsgərov bir daha yeniyetmələr arasında qitə çempionu olub. Həmin il Moskvada keçirilən yeniyetmələr arasında dünya çempionatında üçüncü yeri tutub.

Bu il Belqradda təşkil olunan kişilər arasında Avropa çempionatında Toğrul çempion adını qazanıb.

Gənc idmançının hələlik ən böyük uğuru isə təbii ki, bu gün olimpiya oyunlarında qazandığı qızıl medaldır.



Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı