Modern.az

İndi buyursun BMT Azərbaycan jurnalistlərinə terror etmiş Ermənistanı mühakimə etsin!

İndi buyursun BMT Azərbaycan jurnalistlərinə terror etmiş Ermənistanı mühakimə etsin!

Aktual

5 İyun 2021, 10:13

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Baxaq, görək BMT Ermənistanı Azərbaycan jurnalistlərinə qarşı törətdiyi terror aktına görə cəzalandıra biləcəkmi?

 

Jurnalistlərə qarşı təhdid və ya cinayət əməlləri insanların məlumat alma hüquqlarını pozduğundan, onlara edilən hər hansı bir cinayət əməlindən təkcə bu peşə sahibləri deyil, həm də bütün dünya ictimaiyyəti əziyyət çəkir.

 

Məhz, buna görə də bu gün Azərbaycan televiziyasının operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olmaları, yalnız Azərbaycan jurnalistlərinə qarşı törədilən terror aktı kimi deyil, əslində bütün dünya jurnalistlərinə qarşı edilən cinayət kimi qəbul edilməlidir.

 

Aydın məsələdir ki, jurnalistlərin öz peşə fəaliyyətlərini təhlükəsiz şəkildə yerinə yetirə bilmələrinə şərait yaradılmırsa, o zaman dünyanı dezinformasiya bürüyür.

 

Statistikaya nəzər salanda dünyada yalnız 2006-2019-cu illərdə ictimaiyyəti baş verən hadisələr barədə məlumatlandırdığı üçün təxminən 1200 jurnalistin qətlə yetirildiyini görürük. Ancaq, təəssüflər olsun hesablamalar onu da göstərir ki, on belə hadisədən doqquzunda bu kimi cinayətləri törədənlər cəzadan kənarda qalır və onların cəzasız qalmaları isə getdikcə daha çox nöbəti qətllərə səbəb olur. 

 

Doğrudur, UNESCO cəzasızlığın cəmiyyətə ciddi ziyan vurmasından öz narahatlığını bildirsə də, həmçinin, bunu ciddi insan haqları pozuntusu kimi qiymətləndirsə də, ancaq indiyədək Azərbaycana qarşı törədilmiş erməni vəhşiliyi ilə bağlı hansısa addım atmayıb. Bu üzdən də cəzasızlıq erməni cinayətkarlarnda həmişə inam yaradıb və onlara sanki stimul verib. 

 

Əslində, BMT Baş Assambleyası hələ 2013-cü ildə keçirdiyi 68-ci iclasında 68/163 saylı Qərar qəbul edərək, 2 noyabr tarixini “Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlığa Son Gün”ü elan etməyə qərar verib. Maraqlıdır ki, bu Qərar 2 noyabr 2013-cü ildə Malidə öldürülən iki fransalı jurnalistin xatirəsini anmaq üçün qəbul edilib. Ancaq, bu həmin Fransadır ki, Ermənistanın terrorçu dövlət olmasına hərtərəfli şərait yaradır, onu “kiçik bacısı” adlandıraraq hər bir şıltaqlığına göz yumur.

 

Əlbəttə, qəbul edilən bu Qərar, jurnalistlərə və media işçilərinə qarşı edilən bütün hücumları və şiddət hərəkətlərini pisləməklə yanaşı, adı çəkilən təşkilata üzv olan dövlətlərin jurnalistlərinə və media işçilərinə qarşı zorakılığın qarşısını almaq, jurnalistlərə, o cümlədən media işçilərinə qarşı cinayət törədənlərin mühakimə olunmasını təmin etmək üçün, əllərindən gələni etməyə çağırır.

 

İndi buyursun, həmin BMT və UNESCO iki Azərbaycan media nümayəndəsinin - Sirac Abışovla, Məhərrəm İbrahimovun öz doğma torpağında ölümünə səbəb olmalarına görə Ermənistanı mühakimə etsin! Baxaq, görək BMT Ermənistanı Azərbaycan jurnalistlərinə qarşı törətdiyi terror aktına görə cəzalandıra biləcəkmi?

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı