Modern.az

Diaspor Gənclərinin II Görüşü layihəsi keçiriləcək

Diaspor Gənclərinin II Görüşü layihəsi keçiriləcək

Aktual

3 Sentyabr 2021, 14:10

Gənc Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə 24-27 sentyabr 2021-ci il tarixlərində Türkiyənin Ankara şəhərində  Diaspor Gənclərinin II Görüşü layihəsi həyata keçiriləcək.

 

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər  yeni bir mərhələyə qədəm qoyan Azərbaycan diasporunun pandemiya və Vətən müharibəsi dövründə nümayiş etdirdiyi birlik və həmrəyliyi qoruyub saxlamağa çalışmaq, döyüş meydanında qazandığımız qələbəni diplomatiya və diaspor, lobbiçilik sahəsindəki uğurlu fəaliyyətimizlə daha da möhkəmləndirmək və yeni fəaliyyət proqramlarının icrasının müzakirəsi məqsədilə vahid platforma ətrafında yenidən  bir araya gətiriləcəkdir. Layihə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin otuzuncu il dönümü və xalqımızın şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsinin birinci il dönümünə həsr olunur.

 

Layihə çərçivəsində lobbi quruculuğu istiqamətində fəaliyyətimizin artırılması, azərbaycanlı gənclərin yaşadığı ölkələrdə uğur qazanmasına dəstək göstərilməsi, liderlərin yetişdirilməsi, akademik fəaliyyətin genişləndirilməsi, xarici media ilə əlaqələrin gücləndirilməsi və s. istiqamətli mövzuların ələ alındığı panellərin təşkil olunması nəzərdə tutulmuşdur.

 

18-30 yaş aralığında, xaricdə yaşayan fəal diaspor nümayəndələri layihədə iştirak etmək üçün  5 sentyabr 2021-ci il tarixədək //diaspora.foundation/qeydiyyat keçidi vasitəsilə qeydiyyatdan keçərək müraciətlərini ünvanlaya bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı