Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti “Daha yaxın olaq” fəlsəfəsinə sadiq qalaraq öz diler şəbəkəsini genişləndirməkdə davam edir. Bakcell şirkətinin yeni dileri “Bakcell City” öz müştərilərini salamlayır.
Bakcell-in Əhmədli Xidmət Mərkəzinin birinci mərtəbəsində yerləşən bu dükan, Cin, Klass və Gold abonentləri üçün tam çeşiddə məhsul və xidmətləri təklif etməkdədir.
Alıcılar üçün geniş çeşiddə ən son model telefonlar, GPS navigatorlar, kompyuterlər, netbuk və aksesuarlar təklif olunur. Mağazanın açılışına həsr olunmuş xüsusi kampaniya çərçivəsində kompyuter əldə edən hər alıcıya Bakcell-dən xüsusi hədiyyə təqdim olunacaq. Bundan əlavə, yuxarıda göstərilən bütün məhsullar faizsiz kreditlə əldə edilə bilər.
Diler həmçinin mağazaya gəlmək üçün vaxt tapa bilməyən müştərilərə onlayn satış imkanını təklif edir. Müştərilərə onlayn alış-veriş imkanını yaradan ilk dilerin www.bakcellcity.com internet səhifəsində, mağazada təklif olunan məhsulların tam çeşidi təqdim edilir.
Bu gözəl fürsəti Siz də qaçırmayın! Bakcell-in yeni mağazasına gəlin və onun təqdim etdiyi yeniliklərdən faydalanın.