Modern.az

“Türkiyə və Azərbaycan Prezidentləri Ermənistana sülh əlini uzadıblar” - Akar

“Türkiyə və Azərbaycan Prezidentləri Ermənistana sülh əlini uzadıblar” - Akar

Aktual

8 Yanvar 2022, 19:38

"Azərbaycan bizim can qardaşımızdır. İki dövlət tək millət nöqtəsindən hərəkət edərək Azərbaycanın haqlı mübarizələrində onların yanındayıq".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar mətbuat təmsilçiləri ilə görüşündə deyib. 

 

Qafqazda davamlı sülh və sabitliyə nail olmağın əsas məqsəd olduğunu vurğulayan Türkiyənin milli müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistana birgə təklif etdiyi sülhün bu ölkə tərəfindən qəbul edilməsinin vacibliyini vurğulayıb: "Cənab Əliyev və cənab prezidentimizin Ermənistana birgə uzatdığı sülh əlinin başa düşülməsi və Ermənistanın uzadılan bu əli qəbul etməsi, bu fürsətdən istifadə edilməsi bizim arzumuz və istəyimizdir. Məsələ tək Azərbaycan - Ermənistan deyil, bütün regionun - Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İran - bütövlükdə sabitlik adasına çevrilməsidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı