Prezident Vladimir Putin özünü yaxşı hiss edir və işgüzar əhval-ruhiyyədədir.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putində son vaxtlar koronavirus əlamətlərinin olub-olmaması sualına cavab verərkən deyib.
“Prezident özünü əla hiss edir, işgüzar əhval-ruhiyyədədir, işləyir”, - Peskov bildirib.
2021-ci ilin noyabrında Putin “Sputnik layt” vaksini ilə koronavirusa qarşı peyvəndlənib. Dövlət başçısı koronavirusa qarşı ilk peyvəndi 2021-ci ilin yazında etdirib.