Modern.az

Kosmosdan gəldiyi iddia edilən qara almaz satılır

Kosmosdan gəldiyi iddia edilən qara almaz satılır

Aktual

22 Yanvar 2022, 23:16

Kosmosdan gəldiyi iddia olunan 555.55 karat qara almaz “Sotheby's” şirkəti tərəfindən hərraca çıxarılacaq.

 

Modern.az CNN-ə istinadla xəbər verir ki, “Sotheby's” şirkətinin "The Enigma" adlandırdığı nadir daş-qaşın ya meteorit, ya da Yerlə toqquşan asteroiddən yarandığı ehtimal edilir.

 

Təxminən 6,8 milyon dollara satılacağı gözlənilən, dünyanın ən qiymətli daş-qaşlarından biri olan bu qara almaz “Sotheby's” şirkəti tərəfindən Dubay və Los-Ancelesdə sərgiləndikdən sonra fevralın 3-dən 9-na kimi onlayn auksionda satılacaq.

 

Şirkət ödəniş olaraq kriptovalyutanı da qəbul edəcəyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı