Modern.az

Baş nazirin toyu TƏXİRƏ DÜŞDÜ

Baş nazirin toyu TƏXİRƏ DÜŞDÜ

Aktual

23 Yanvar 2022, 09:51

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern, koronavirusun “omikron” ştamının yayılması ilə bağlı “qırmızı xəbərdarlıq” səviyyəsinin elan edilməsi səbəbiylə toyunu təxirə salıb.

 

Modern.az xəbər verir ki, baş nazirin televiziya aparıcısı Klark Qeydford ilə toyu cari ilin yayına planlaşdırılmışdı. 

 

“Tədbirlərə gəldikdə, istər ad günü, istər toy, istərsə də bu cür hər hansı digər tədbir, bazar günü gecəsi “qırmızı xəbərdarlıq” səviyyəsinin qüvvəyə mindiyi andan iştirakçıların sayının 100 nəfərə qədər məhdudlaşdırılması olacaq. Mənə gəlincə, toyum baş tutmayacaq və mən pandemiya səbəbindən oxşar hadisələrlə üzləşmiş bir çox digər həmyerlilərimə qoşuluram ” - deyə Baş nazir qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı