"Ukrayna xalqı Almaniyanın bu addımını unutmayacaq".
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
O bildirib ki, Ukrayna ilə Almaniya arasında yaşananlar təssüf doğurur:
"Almaniyanın Ukraynaya silah satmaması və tədarük edən ölkələrə də öz hava sahəsini bağlamasını Ukrayna xalqı onilliklər boyu unutmayacaq."