Modern.az

İtkin düşən 57 yaşlı kişi AXTARILIR

İtkin düşən 57 yaşlı kişi AXTARILIR

Актуально

3 Fevral 2022, 16:52

Qax rayon sakini itkin düşüb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, rayonun Qaxbaş kənd sakini 57 yaşlı Abdulla Abdullayev yanvarın 24-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb. Onun əlamətləri belədir: boyu 155 sm, arıq bədən quruluşlu, saçlarının rəngi sarımtıl, gözləri qəhvəyidir. Evdən çıxarkən üzərində qara rəngli şalvar, gödəkçə və ayaqqabı olub.

 

Həmin şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Qax Rayon Polis Şöbəsinin (024)255-23-52 şəhər və (077) 304-54-44 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı