Modern.az

"Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB

مورد توجه

24 Fevral 2022, 23:40

Bu gün UEFA Konfrans Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" klubu Bakıda Fransa "Marsel"ini qəbul edib.

 

Qarşılaşmanın 12-ci dəqiqəsində qonaqlar hesabı açıb. Pape Quye matçda ilk qola imza atıb.

 

***

Oyunun 33-cü dəqiqəsində İbrahim Vadji rəqib qapısına yol tapa bilib. Lakin onun vurduğu qol fransızların etirazına səbəb olub. Rəqib futbolçular qolun əllə vurulduğunu deyərək hakimə etirazlarını bildiriblər. Bu səbəbdən komandalar arasında mübahisə yaranıb. 

 

Polşalı referi "Marsel"in qapıçısı Stiv Mandandaya və "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiçə sarı vərəqə göstərib.

 

Vadjinin vurduğu qol hakim tərəfindən əvvəlcə qeydə alınsa da, sonradan ləğv olunub.

 

***

Görüşün ilk hissəsi "Marsel"in minimal üstünlüyü ilə başa çatıb. Komandalar fasiləyə yollanıblar.

 

***

 

Matçın ikinci hissəsində rəqib komanda hesab arasında fərqi artırıb. 77-ci dəqiqədə Matteo Genduzi "Marsel"in ikinci qoluna imza atıb. 90+2-ci dəqiqədə isə De La Fuente son nöqtəni qoyub. Bununla da Ağdam  təmsilçiləri UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

 

Qeyd edək ki, "Qarabağ" klubu Fransadakı ilk qarşılaşmada rəqibinə 1:3 hesabı ilə uduzmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı