Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda fəaliyyət göstərən bir qrup fermerlə görüşüb. Bu barədə Modern.az-a deputatın qərargahından məlumat verilib. Bildirilib ki, mütəmadi olaraq təmsil etdiyi Lənkəran şəhərinə səfər edən millət vəkili fermerlərlə görüşərək onların problemlərini dinləyib. Kələm plantasiyasında fermerlərə baş çəkən deputat onların gördüyü işlərlə yerindəcə tanış olub. H.Rəcəbli zəhmətkeş lənkəranlıların əməksevərliyini yüksək qiymətləndirərək hər zaman onlara dəstək olacağını ifadə edib.
Fermerlər də öz növbəsində göstərdiyi diqqətə görə millət vəkilinə təşəkkür etdiklərini ifadə ediblər.
Modern.az