Modern.az

Rusiya DİN Rövşən Əsgərovu axtarışa verdi

Rusiya DİN Rövşən Əsgərovu axtarışa verdi

مورد توجه

11 May 2022, 11:20

Rusiya Daxili İşlər Nazirliyi "Nə? Harada? Nə vaxt?" intellektual oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərovu cinayət işi ilə bağlı axtarışa verib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin məlumat bazasında qeyd olunub.

 

Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi aprelin 27-də R.Əsgərov barəsində nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açıb. İddialara əsasən, R.Əsgərov öz "Facebook" səhifəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar yayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı