ABŞ Konqresi Rusiyanın Ukraynadakı müharibəsini soyqırımı kimi tanıyan ikitərəfli qətnamə layihəsi hazırlayıb.
Modern.az xəbər verir ki, qətnamədə rusiyalı əsgərlərin Ukrayna ərazisində törətdiyi vəhşiliklərə dair məlumatlar yer alıb.
Qətnamədə dinc əhaliyə hücumlar, doğum evlərinə və tibb müəssisələrinə birbaşa zərbələr, həmçinin Ukrayna əhalisinin məcburi deportasiyasına dair sübutlar öz əksini tapıb.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynadakı müharibəsini soyqırımı aktı kimi qiymətləndirib.