Türkiyədə minimum əməkhaqqı 30 faiz artırılıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, ölkə üzrə minimum əməkhaqqı 5500 lirə olub. Qeyd olunub ki, ilin sonunda minimum əməkhaqqı ilə bağlı məsələyə yenidən baxılacaq.
Yeni qərar bu gündən qüvvəyə minib.