İranda 23 nəfər vəbaya yoluxub.
Modern.az-ın xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 23 nəfərin vəbaya yoluxması təsdiqlənib. Məlumata əsasən, paytaxt Tehranda vəbaya yoluxma halı qeydə alınmayıb.
Nazirlik çirkli su, meyvə və göyərçinin vəbanın geniş yayılmasına səbəb olduğunu bəyan edərək əhalini diqqətli olmağa çağırıb.