Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon əlaqəsi saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan sərhəddinə baş vermiş son hadisələri müzakirə ediblər.
Bundan öncə Paşinyan Rusiya Prezidenti Vladimir Putinə də zəng vurmuşdu.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.