Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Şurasının iclası keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Ermənistan Baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən iclasda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib.
İclasda Rusiya, Qazaxıstan, Qırğızıstan prezidentləri Vladimir Putin, Qasım-Jomart Tokayev, Sadır Japarov, Tacikistanın Baş naziri Koxir Rəsulzoda, Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç, KTMT baş katibinin müavini Valeri Semerikov iştirak ediblər.
Akif İsmayılov