Modern.az

“Azərbaycan və Ermənistanın razılığa gələcəyinə ümid edirəm” - Quterreş

“Azərbaycan və Ermənistanın razılığa gələcəyinə ümid edirəm” - Quterreş

مورد توجه

14 Sentyabr 2022, 22:12

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, BMT Baş Assambleyasının 77-ci sessiyasının başlaması ilə bağlı keçirdiyi mətbuat konfransında danışıb.

 

O bildirib ki, BMT Azərbaycan və Ermənistanın atəşkəslə bağlı razılığa gələ biləcəyinə ümid edir.

 

"Ümid edirəm ki, atəşkəs əldə olunacaq", - deyə Quterreş çıxışında qeyd edib.

 

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı