Modern.az

Millimizin məşqçilər korpusunda dəyişiklik oldu - FOTO

Millimizin məşqçilər korpusunda dəyişiklik oldu - FOTO

مورد توجه

26 Sentyabr 2022, 13:46

Taekvondo üzrə Azərbaycan millisində baş məşqçi dəyişikliyi olub.

 

Modern.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yeniyetmələrdən ibarət yığma Rəşad Məmmədova həvalə edilib.

 

O, bu postda Elnur Amanovu əvəzləyib. Amanov isə fəaliyyətini Reza Mehmandoustun rəhbərlik etdiyi kişilərdən ibarət millinin məşqçilər korpusunda davam etdirəcək. 45 yaşlı mütəxəssis komandada böyük məşqçi funksiyasını yerinə yetirəcək.

 

Yeniyetmələrdən ibarət yığmada Vurğun Cəfərov əvvəl olduğu kimi, yenə böyük məşqçi kimi çalışacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı