Rusiya ordusu gecə saatlarında Ukraynanın Nikolayev vilayətinə 10 raket zərbəsi endirib.
Modern.az xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Vitaliy Kim bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi zərbələri “S-300” sistemləri vasitəsilə həyata keçirib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.