Modern.az

65 yeni yoluxma aşkarlandı - Ölən yoxdur

65 yeni yoluxma aşkarlandı - Ölən yoxdur

مورد توجه

19 Oktyabr 2022, 16:32

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 65 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada koronavirusdan ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 822 751 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 407 nəfər müalicə olunaraq sağalıb, hazırda 409 aktiv xəstə var. İndiyədək 9935 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2959, ümumilikdə isə 7 296 340 test icra olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı