Modern.az

Bakıda evə basqın edənlər SAXLANILDI

Bakıda evə basqın edənlər SAXLANILDI

Aktual

23 Oktyabr 2022, 15:50

Xətai rayonu “NZS” qəsəbəsində evə basqın edən şəxslər saxlanılıb.

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, naməlum şəxslər evə əllərində olan bıçaqla daxil olaraq mənzildə olan qızıl-zinət əşyalarını, o cümlədən 1 200 manatı ələ keçiriblər.

 

Hadisə barədə məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarışlara başlanılıb. Əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tərlan Abbasov və Surac Salmanov tutularaq istintaqa təqdim olunublar.

 

Hər iki şəxs ifadələrində etdikləri hadisəni etiraf ediblər.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Tərlan Abbasov və Surac Salmanovun paytaxt ərazisində digər analoji cinayətlər törətdikləri istisna olunmur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı