Modern.az

Əliyev-Putin-Paşinyan görüşü bu məkanda keçiriləcək

Əliyev-Putin-Paşinyan görüşü bu məkanda keçiriləcək

Aktual

31 Oktyabr 2022, 15:04

Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli danışıqlar Soçidəki “Rus” sanatoriyasının mərkəzi zalında keçiriləcək.

 

Modern.az xəbər veriri ki, bu barədə Rusiya KİV-lərinin məlumatında bildirilib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında İlham Əliyev və Nikol Paşinyan Vladimir Putinlə danışıqlarda iştirak etmək üçün Soçiyə gəliblər.

 

Kremlin yaydığı rəsmi məlumata görə, yerli vaxtla saat 16:00-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı