Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə hepatit A ilə (30,3 faiz), yuxarı tənəffüs yollarının çoxsaylı və ya qeyri-müəyyən lokalizasiyalı kəskin infeksiyaları ilə (28,3 faiz), qazanılmış immunçatışmazlığı (QİÇS) ilə (20,6 faiz), qonokokk infeksiyası ilə (13,3 faiz), viruslu hepatit B ilə (9,1 faiz) xəstələnmə halları azalıb. Göyöskürək və malyariya xəstəlikləri, kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus isə ümumiyyətlə qeydə alınmayıb.
Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə 2020-ci ildə başlayan zəruri qabaqlayıcı və profilaktik tədbirlər 2022-ci ildə də davam etdirilib.