Modern.az

Rusiyaya qarşı 10-cu sanksiyalar paketi qəbul edildi

Rusiyaya qarşı 10-cu sanksiyalar paketi qəbul edildi

Aktual

25 Fevral 2023, 15:16

Fevralın 25-də Avropa İttifaqı Rusiyaya qarşı 121 fiziki və hüquqi şəxsin daxil olduğu 10-cu sanksiyalar paketini qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel tviter hesabında yazıb.

 

"Siyahılarımızın bir hissəsi olaraq, ən azı 6 min ukraynalı uşağın deportasiyasına və məcburi övladlığa götürülməsinə görə məsuliyyət daşıyanları hədəfləyirik",- Borel bildirib.

 

Bundan başqa Rusiya məhsullarının idxalı və ixracına da ciddi məhdudiyyətlər qoyulub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı