Rusiya və Türkiyə gələn həftə Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli görüş keçirmək istəyir. Lakin indiyədək Suriya və İrandan heç bir cavab gəlməyib.
Modern.az xəbər verir ki, bunu TASS-a Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
“Hələlik hamıdan təsdiq almamışıq. Amma hamını dəvət etmişik. Artıq türk həmkarlarımızla razılığa gəlmişik, lakin suriyalılar və iranlılardan cavab gözləyirik”, - deyə Rusiya rəsmisi bildirib.