Modern.az

YAP Kəlbəcər rayon təşkilatı Şəhid ailələrini ziyarət edib

YAP Kəlbəcər rayon təşkilatı Şəhid ailələrini ziyarət edib

Aktual

28 Mart 2023, 08:47

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı Novruz bayramı münasibətilə Şəhid ailələrini ziyarət edib.

 

Modern.az xəbər verir ki, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və əməkdaşları tərəfindən Gənçə şəhərində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, Vətən Müharibəsi qəhrəmanı şəhid polkovnik-leytenant Anar Vaqif oğlu Əliyevin, Goronboy rayonunda Xüsusi təyinatlı komandir, mayor, "Qarabağ" ordenli Şəhid Azər Əmrah oğlu Mikayılovun, Goronboy rayonunun Ağcakənd kəndində leytenant, "Azərbaycan Bayrağı" ordenli şəhid Ömər Muğan oğlu Şirinovun, Tərtər rayonun Bəyimsarov kəndində şəhid Hüseynzadə Elgiz İbrahim oğlunun valdeyinləri, Gəncə şəhəri Gülüstan qəsəbəsində Vətən müharibəsi iştirakçısı Kapitan İlham Fərzəliyevin ailəsi və Yevlax rayonunun Tanrıqulular kəndində müvəqqəti məskunlaşmış I və II Dünya Müharibəsi iştirakçısı, 1993-cü ildə Başlıbel faciəsi zamanı itkin düşən Ələsgər Ələsgərovun oğlu, Başlıbel  faciəsinin canlı şahidi, ailə üzvləri ilə birlikdə 113 gün erməni mühasirəsində qalan Şəhid ailəsi,  gözəl şeirlər müəllifi şair Ələkbər Sönməz ziyarət edilib Novruz  bayramları  təbrik edilib  və bayram sovqatları təqdim edilib. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov  şəhidlərin əziz xatirələrini ehtiramla yad edərək  barələrində xoş təəssüratlar danışıb.

 

Bildirib ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı hər bir azərbaycanlı üçün örnək olduğunu vurğuladı.

 

Şəhidlərin ailə üzvləri  dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişdilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı