Modern.az

Həbs edilən polkovniklər hakim qarşısında

Həbs edilən polkovniklər hakim qarşısında

مورد توجه

23 Avqust 2023, 18:11

Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən sabiq vəzifəli şəxsləri -Fikrət Mirzəyev, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işləri ayrı-ayrılıqda icraata verilib.

 

İş Bakı Hərbi Məhkəməsində araşdırılacaq.

 

Qeyd edək ki, polkovniklər-Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin , Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Onlar 2022-ci ilin əvvəlində həbs ediliblər. Polkovniklərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı